- Baxış sayı: 245
- 19 Dekabr 2025 16:24
- Baxış sayı: 140
- Dekabr 19, 2025
- 0


Fevralın 5-də Azərbaycan voleybol federasiyasının regional inkişaf mərkəzi və təhsil nazirliyi 8-10 yaşlı uşaqlar arasında bu idman növünün inkişaf etdirilməsi üçün, məşqçi-müəllimlərin seminarlarına start vericək. Allsport.az saytı xəbər verir ki, toplantının fevral-mart aylarında təşkili nəzərdə tutulub.
Nəzəri və praktik hissədən ibarət olacaq məşğələyə ötən ilin sentyabr ayında Sloveniyada beynəlxalq məşqçi forumunda iştirak etmiş mütəxəssislərimiz rəhbərlik edəcəklər.
İlk seminar paytaxtda, “Sərhədçi” olimpiya-idman mərkəzində baş tutacaq. Sonda iştirakçılara sertifikat, toplar və metodik kitablar təqdim olunacaq.