- Baxış sayı: 237
- 19 Dekabr 2025 16:24
- Baxış sayı: 122
- Dekabr 19, 2025
- 0


Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında 120-125 həmyerlimiz Azətbaycana dönmək üçün aylardır kömək gözləyirlər. Onların arasında millimizin voleybolçusu Vüqar Bayramov da var.
O, son mövsümü Ər-Riyadın “Əl-Nəsr” klubunda keçirib. Amma çempionat son 3 ayda koronavirus üzündən dayandırıldığından, orda qalmaq məcburiyyətində qalıb.
Bu gün İslam oyunlarının gümüş mükafatçısı ilə əlaqə saxladıq. O, allsport.az saytına açıqlamasında deyib ki, artıq müşdə var: “İyulun 10-da Vətənə qayıtmalıyıq. Bizə söz veriblər. Çarter reysi olacaq. Səbirsizliklə onun yolunu gözləyirik”.