- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Səbail” klubunun müşahidə şurasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, “qartallar”ın ev oyunlarını keçirdiyi və qərargahının yerləşdiyi “Bayıl” stadionu İslam oyunları ilə əlaqədar sıx qrafiklə çalışdığı üçün, iclasın AFFA-nın inzibati binasında təşkil olunması ilə əlaqədar klub tərəfindən ünvanlanmış müraciət qarşı tərəfindən müsbət cavablandırııb.
Birinci divizionda ikinci yeri tutmaqla premyer liqaya vəsiqə qazanan klubun gələcək fəaliyyətinin müzakirə olunduğu iclasda baş məşqçinin də kimliyinə aydınlıq gətirilib. Bir neçə mütəxəssisin namizədliyi nəzərdən keçirilib və Müşahidə Şurası Samir Əliyevlə müqavilə bağlanması barədə qərar qəbul edib. Samir Əliyevin müqaviləsi 3 illik müddəti əhatə edir.
Toplantıya dəvət olunan Samir Əliyev göstərilən etimada görə minnətdarlığını bildirib, klubun uğurlu nəticələrə nail olması üçün bilik və bacarığını əsirgəməyəcəyini deyib. Buna qədər “Səbail”in baş məşqçisi vəzifəsində çalışmış Elman Sultanovun klubun əvəzedici komandasında eyni vəzifəsini icra etməsi ilə bağlı qərar qəbul edilib.