- Baxış sayı: 50
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 26
- Noyabr 26, 2024
- 0
Antalyada 2-ci dövrə hazırlıqlarını davam etdirən “Səbail” heyətini 2 qapıçı ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”dan Emil Balayev və AzAL-dan Rəşad Əzizli mövsümün sonuna qədər icarə əsasında bu komandanın şərəfini qoruyacaq.
“Neftçi”nin yetirməsi olan 22 yaşlı Emil Balayev indiyədək “Neftçi”, “Sumqayıt”, “Araz Naxçıvan”, Almaniya “Ayntraxt Frankfurt”u və son olaraq “Qarabağ”ın şərəfini qoruyub. Bir neçə dəfə “A” milli komandaya da dəvət alan Emil U-21 millimizin də formasını geyinib.
23 yaşlı Rəşad Əzizli isə “İnter”, “Neftçi”, “Simurq”, “Rəvan” və son olaraq AzAL-ın uğurları üçün tər töküb. Əzizli U-17, U-19 və U-21 millilərimizin də formasını geyinib.