- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 6-cı turunda “Zirə”ni məğlub edən “Sumqayıt” bu gündən etibarən “Səbail”lə oyunun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, bu gün Nazim Süleymanovun komandası “Sumqayıt arena”nın köməkçi meydançasında məşqə çıxıb.
Hazırlığın ilk hissəsində yüngül qaçış və fiziki hərəkətlərlə kifayətlənən komanda ikinci hissədə iki qrupa bölünüb. “Zirə” ilə qarşılaşmada meydanda olanlar fitness zalında, digər futbolçular isə meydanda toplu hərəkətlər üzərində çalışıb.
Qeyd edək ki, “Səbail” – “Sumqayıt” qarşılaşması oktyabrın 5-də “Bayıl Arena”da keçiriləcək və saat 19:00-da start götürəcək.