- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 141
- Mart 30, 2026
- 0

“Qəbələ” Topaz premyer liqasının yeni mövsümünün ilk turunun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” “Səbail”lə avqustun 12-də keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır.
Avqustun 4-də keçirilən “Keşlə” ilə yoxlama oyunundan (2:0) sonra bir günlük istirahətə buraxılan komanda dünən yenidən bir araya gəlib, “Bakı”nın təlim-məşq bazasında hazırlıq keçib. Günün ikinci yarısına təsadüf edən məşq prosesi fiziki hazırlıqla başlayıb.
Ardınca futbolçular toplu çalışmaları yerinə yetiriblər. Sözü gedən komandaların oyunu avqustun 12-də Qəbələ şəhər stadionunda saat 19:00-da başlayacaq.