- Baxış sayı: 20
- 08 Dekabr 2025 20:28
- Baxış sayı: 166
- Dekabr 08, 2025
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün sonuncu yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, debütant Slovakiyanın 1-ci liqa klubu “Senitsa” ilə üz-üzə gəlib.
Qarşılaşmanın ilk yarısı Samir Əliyevin komandasının üstünlüyü şəraitində keçib. Bakılılar 6 və 21-ci dəqiqələrdə Yevgeni Koçukun vurduğu qollarla önə keçiblər. Lakin ikinci hissədə rəqib buraxılan qolların əvəzini çıxııb və matç heç-heçə başa çatıb.
Xatırladaq ki, “Səbail” bundan öncə “Çernomoreç”lə (Ukrayna) 0:0, “Napredak”la (Serbiya) 1:1 edib, “Lokomotiv”ə (Bolqarıstan) 1:3 uduzmuşdu.