- Baxış sayı: 91
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin 2 oyunu keçirilib.
Allsport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Səbail” “Şamaxı”nı qəbul edib.
“Dənizçilər” böyükhesablı qələbə qazanıb. Meydan sahibləri rəqib qapısından 6 cavabsız top keçiriblər.
Ardınca “Zirə” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb. 82-ci dəqiqəyədək üstün oynayan qonaqlar qələbə hesabını qoruya bilməyiblər. 7 dəqiqəyə iki qol vuran “Zirə” mərhələ adlayıb.
14:00. “Səbail” – “Şamaxı” – 6:0
17:00. “Zirə” – “Turan Tovuz” – 2:1