- Baxış sayı: 32
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula-1 Azərbaycan qran prisi yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.
Allsport.az saytı xəbər verir ki, ötən il olduğu kimi bu il də möhtəşəm Bakı yarışına 2-ci Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni bəxş edən qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar. Onlar ötüşmələri 3 gün ərzində canlı izləyə biləcəklər.
Artıq 3-cü ildir ki, bu mötəşəm idman tədbirinə dəvət olunan fəxri qonaqlarımız builki yarışı Azneft və Qız Qalası tribunalarından izləyir.
44-günlük 2-ci Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhidlərimizin ailə üzvlərini və qazilərimizi mötəbər idman yarışında, Bakı şəhər halqası azarkeşləri sırasında görmək qürurvericidir.