- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasının 9-cu turu “Sumqayıt”ın futbolçusu Şəhriyar Əliyevin dublu ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Qəbələ” ilə qarşılaşmada (2:2) qonaqların qapısına 2 dəfə yol tapan müdafiəçi bunu matçın ilk 19 dəqiqəsində gerçəkləşdirib.
Bu, son 2 ildə ən erkən dubludur. Ölkə çempionatları tarixində matçın əvvəlində belə tez 2 qol vuran sonuncu futbolçu Baqali Dabo olub. Fransalı hücumçu “Qəbələ”də çıxış etdiyi vaxt indiki klubu “Neftçi” ilə görüşün ilk 16 dəqiqəsində iki qola sevinib.
Şəhriyardan 777 gün əvvəl – 2016-cı il sentyabrın 10-da keçirilən matçda ümumilikdə 3 top vuran hücumçu 8:0 hesablı qələbədə pay sahibi olub.