- Baxış sayı: 27
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 25
- Noyabr 26, 2024
- 0
“Hazırda özümü yaxşı hiss edirəm, zədəm də sağalıb. Odur ki, məşqlərə başlamağımda heç bir problem qalmayıb”. Allsport.az saytı xəbər verir ki, bu sözü kapazpfc.az-a açıqlamasında Şəhriyar Əliyev deyib. Uzun müddət zədəli olduğundan mövsümün ilk yarısında “Kəpəz”ə az kömək edən müdafiəçi yanvarın 11-dən Bakıda məşqlərə başlayan “sarı-göylər”ə qoşulub:
“Zədəmlə bağlı ötən il komandama istənilən qədər yardımçı ola bilmədim. Hər bir futbolçunun arzusu klubunun uğur qazanmasına kömək etmək, buna çalışmaqdır. Amma zədələrdən də qaçmaq olmur. Artıq hər şey geridə qalıb. Oynamadığım müddətdə çəkim artmayıb, əksinə azalıb (gülür). Yavaş-yavaş formamı bərpa etməyə çalışacağam. Arzum tezliklə oyunlara çıxmaqdır”.