- Baxış sayı: 21
- 28 Noyabr 2024 12:16
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“Sabah”ın qapıçısı Səlahət Ağayev Azərbaycan çempionatında 200-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, təcrübəli qapıçının yubileyi Premyer Liqanın 8-ci turunun “Sumqayt”la matçına (3:0) təsadüf edib.
“Sabah”a qədər MOİK, “Keşlə”, “Sumqayıt” və “Neftçi”də də oynamış qapıçı bu matçlarda 192 top buraxıb. Debütü 2010/11 mövsümünə təsadüf edən Ağayev ölkə çempionatında 200 və ya daha çox oyun keçirən 10-cu qapıçı olub.
1. Fərhad Vəliyev – 282
2. Rauf Mehdiyev – 271
3. Cahangir Həsənzadə – 268
4. Anar Nəzirov – 260
5. Nizami Sadıqov – 247
6. Kamran Ağayev – 235
7. Hüseyn Məhəmmədov – 227
8. Nadir Şükürov – 219
9. Elxan Həsənov – 203
10. Səlahət Ağayev – 200