- Baxış sayı: 64
- 05 Fevral 2026 18:46
- Baxış sayı: 178
- Fevral 08, 2026
- 0

Bu mövsüm 1-ci divizionunun qalibi olub Premyer liqaya vəsiqə qazanmağı hədəfləyən “Şəmkir” klubu növbəti transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, “qırmızılar” komandaya “Zirə”nin müdafiəçisi Cəmil Hacıyevi cəlb ediblər.
O, “qartallar”dan öncə də Premyer Liqa təcrübəsi görmüş futbolçudur. Arxa xətt futbolçusu daha əvvəl “Sumqayıt” və “İnter” kimi klubların şərəfini qoruyub.