- Baxış sayı: 64
- 05 Fevral 2026 18:46
- Baxış sayı: 178
- Fevral 08, 2026
- 0
Premyer liqaya çıxmağı qarşısına məqsəd qoyan “Şəmkir” klubu heyətini gücləndirməkdə davam edir. Allsport.az saytı xəbər verir ki, 3-qat ölkə çempionu “Turan Tovuz”dan növbəti futbolçu, Əlimirzə Daşzərinini heyətə cəlb edib.
Futbolçu artıq “Şəmkir”in Antalya toplanışına qoşulub. Xatırladaq ki, “Şəmkir” daha öncə “Turan”dan Vusal Qarayevi transfer etmişdi.