- Baxış sayı: 49
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Şahdağ” – “Şərurspor” matçında “Şahdağ” iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Qusar klubu buna görə həm də 500 manat cərimə olunub.
“Energetik” – “Göyəzən” matçında “Göyəzən”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Ağsu” – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Rüfət Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şəmkir” – MOİK matçının 18-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Elmin Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şəmkir” – MOİK matçının 18-ci dəqiqəsində “Şəmkir”in cəzalı olan baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq komandasının oyunu davam etdirməməyini tələb edib və oyunda 10 dəqiqə məcburi fasilə yaranmasına səbəb olub. Habelə hakimlər briqadasını təhqir edərək onlara hədə-qorxu gəlib. İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
Oyunun 18-ci dəqiqəsində “Şəmkir”in baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq oyunda fasilə yaranmasına səbəb olmasını, habelə hakimlər briqadasını təhqir edərək hədə-qorxu gəlməsini və bu halın analoji olaraq ardıcıl baş verdiyini nəzərə alaraq məşqçinin 12 ay futbol fəaliyyətinə qadağa qoyulur, klub 1500 manat cərimə olunub.
“Şəmkir” klubu meydançanı özbaşına tərk etdyi üçün, sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq klub 1000 manat cərimə olunub.