- Baxış sayı: 22
- 26 Noyabr 2024 10:05
- Baxış sayı: 129
- Noyabr 25, 2024
- 0
Bu gün Azərbaycan premyer liqasında 2023/24 mövsümünün püşkatmasından sonra PFL nümayəndələri jurnalistlərin suallarını cavablandırdılar. Allsport.az saytı xəbər verir ki, qurumun media və marketinq direktoru Sənan Abdullayev çempionatda yeni himayədarın hansı şirkət olacağına aydınlıq gətirdi:
“Əlbəttə, əsas diqqət premyer liqayadır. Təxminən, 3-4 gün sonra sponsorun adına aydınlıq gələcək. Hazırda bu yöndə danışıqlar davam edir. Ən çox sual “Misli” ilə davam edib, edilməyəcəyi ilə bağlı verilirdi. Sevindirici məqam budur ki, hazırda sponsorluğa iki namizəd var.
Onlarla danışıqlar gedir. Ancaq hazırda görünən budur ki, daha böyük şans “Misli”dədir. Böyük ehtimal, onlarla əməkdaşlığı davam etdirəcəyik. Bundan başqa, tək 1-ci liqa yox, bütün liqalar üçün əməkdaşlıq məsələləri müzakirə olunur. Etiraf edim ki, bu barədə danışmaq çox çətindir.
Ancaq son üç aydakı mübarizədən, futbol prinsiplərinin qorunmasından sonra hiss edirik ki, danışdığımız şəxslərin yanaşması dəyişib. Ümid edirik ki, həm 1-ci, həm də 2-ci liqaya sponsor tapa biləcəyik”.