- Baxış sayı: 29
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 27
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 17-ci turunun “Qəbələ” – AzAL oyunundan sonra (2:0) “qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı gabalafc.az-a istinadən sizi 37 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“AzAL-a qarşı matça hazırlığımız digər oyunlardakı kimi olub. Artıq bütün komandalar sürətli futbol oynayır və müdafiədə kompakt şəkildə çıxış edə bilirlər. Komandamız da topa daha çox sahib olub meydanda diqtə edən tərəf olmaq istəyir. Rəqib qapısında təzyiq yarada bilirik. Baş məşqçimizin də istəyi budur. Hər matçda, o cümlədən AzAL-la görüşdə də erkən qol vurmağa çalışdıq. Alınmayanda isə bəzən oyunçularda psixoloji gərginlik yaranır.
Buna baxmayaraq, çox vacib 3 xal qazandıq. AzAL-ın “Qarabağ”la oyununu təhlil etmişdik. Bakı klubu həmin qarşılaşmada həm müdafiə, həm də sürət baxımından çox inamlı təsir bağışlamışdı. Bugünkü görüşdə də buna şahid olduq. AzAL 10 nəfərlə qaldıqdan sonra onları sıxıb, şoka salmaq istəyirdik. Amma bu bizdə alınmadı. Futbolda belə şeylər olur. Əsas odur ki, meydandan 3 xalla ayrıldıq”.