- Baxış sayı: 18
- 27 Noyabr 2024 21:17
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Avropa liqasının 1-ci təsnifatının püşkatması barədə fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 38 yaşlı mütəxəssis klub saytına açıqlamasında “Proqres”lə oyunlarda imkanı dəyərləndirib:
“Püşkatmadan öncə 5 mümkün rəqibimiz var idi. Bunlar təxminən eyni səviyyəli, oxşar komandalar idi. Püşkün nəticəsinə görə “Proqres”lə qarşılaşacağıq. Lüksemburq təmsilçisi ötən mövsüm Şotlandiyanın “Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. “Proqres” kifayət qədər ciddi rəqibdir.
Ümumilikdə hazırki durumda şanslar bərabərdi. Püşkdən sonra hazırlıq planlarımız buna uyğun şəkildə qurulacaq. Rəqib barədə gündəlik məlumatlar toplanacaq. Bizim üçün Cavid Hüseynovun yoxluğu ciddi itkidir. Bəzi mövqelərdə boşluqlarımız var.
Bu boşluğu yeni futbolçu və ya futbolçularla doldurmağa çalışacağıq. “Proqres”lə matçadək vaxtımız azdı. Hər gün, hər məşq vacibdi. İlk oyunun evdə və ya səfərdə keçirilməsi üstünlük deyil. Birinci növbədə komandanın hazır olmasıdı. Bu təlim-məşq toplanışında yaxşı oyun formasını yığmalıyıq”.