- Baxış sayı: 22
- 28 Noyabr 2024 12:16
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasının 17-ci turunun “Qarabağ” – “Qəbələ” oyunundan (2:1) “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 39 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Çempionatın startından futbolçuların həm oyuna, həm məşqlərə məsuliyyətlə yanaşması gözə çarpır. Bu amil bizi sevindirir. Futbolçulara da bunları aşılamaq istəyirik ki, meydanda xarakter göstərsinlər və ad uğrunda mübarizə aparsınlar. Elə məğlubiyyətlər var ki, qələbəyə bərabərdir.
Bugünkü oyundan sonra futbolçuları soyunub-geyinmə otağında təbrik etdik. Dominant futbolu sevən bir komandaya, “Qarabağ”a qarşı öz oyunumuzu göstərməyə çalışdıq. Məğlubiyyət olsa belə, qarşıya ümidlə baxa bilərik. Futbol bizi razı salsa da, hücumların sonluğu çatmadı.
Oyunçularımız zərbə vurmaq zamanı komanda yoldaşlarına ötürmə etməyə çalışdılar. Qarşıdakı görüşlərdə qapıya zərbə vurmaq barədə danışacağıq. İkinci hissəyə belə az deyil, daha çox əlavə ediləcəyini gözləyirdik. Futbolçular qaydalar çərçivəsində aqressiv olmalıdır. Epizoda, mövqeyindəki rəqibə yaxın oynamalı, təkbətək mübarizələrdən qalib ayrılmağa çalışmalıdır”.