- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasının 6-cı turunun “Qəbələ” – “Keşlə” oyunundan (1:1) sonra ev sahibi komandanın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 38 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Qələbəyə köklənmişdik. Oyuna ciddi hazırlaşmışdıq. Qapımız önündə yaradılan 1-2 epizodda qol buraxmağın qarşısını ala bilmirik. Biz hücum edirik, amma qapımıza qol vurulur. İkinci hissədə matçın tempini artırdıq. Yenə qol imkanları yaratdıq, amma yalnız birindən istifadə edə bildik.
Futbolçularımız üçün üzülürəm. Çox istəklidirlər, qalib gəlməyə çalışırlar. Futbolçularımızdan, onların istəyindən, oyunundan, sürətindən razıyam. Amma qol imkanlarını qaçırırıqsa, onlara da psixoloji cəhətdən təsir edir. Çalışırıq ki, onları bu vəziyyətdən çıxaraq.
Lakin qol vursaq, fərqli durum yaranacaq. Oyun üslubumuzda inkişaf var. Bunu video analizlər də göstərir. İmkanları yaratmağın üzərində məşqlərdə çalışırıq, lakin artıq bunu qola çevirmək ustalıqdır. Burada psixoloji durum da önəmlidir. Bugünkü oyuna baxsaq, iki xal itirdik”.