Sənan Qurbanov: Göstərdiyimiz oyun qələbə qazanmaq üçün yetərlidir

Topaz premyer liqasının 4-cü turunun “Sabah” – “Qəbələ” oyunundan (0:1) sonra qonaqların baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 38 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Bir qapıya futbol izlədik. Amma qol imkanlarından istifadə edə bilmədik. Rəqib müdafiə olunub, qol vurdu. Biz isə hücum edib, imkanlardan yararlanmadıq.  “Sabah”ın belə oynayacağını bilirdik. Gözlədiyimiz kimi də oldu. Əks-hücumda bizi yaxalamaqla qol vurdular. Oyundan razı qaldım, amma nəticədə 3 xal itirdik.  İstədiyimiz kimi topa sahib olduq.

Qaçırdığımız qol imkanlarından yararlansaydıq, nəticə fərqli olacaqdı. Göstərdiyimiz oyun qələbə qazanmaq üçün yetərlidir. Amma top qapıdan keçmir. Artıq növbəti matçı düşünəcəyik. Ardıcıl 3 oyundur qalib gəlmirik. Bu məqam bizi psixoloji gərginliyə salmamalıdır. Futbolçuları motivasiya etmək lazımdır. Çalışacağıq ki, oyunçuların psixoloji durumunu yüksək səviyyədə saxlayaq”.

 

Həmin kateqoriyadan