- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasının 9-cu turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 38 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Sumqayıt”la oyuna ciddi hazırlaşmışdıq. Üzərimizdə gərginlik var idi. Qələbə qazanmaq üçün alışıb yanırdıq. Futbolçularda istək daha çox oldu, gərginlik yarandı. Çalışacağıq qarşıdakı matçlarda öz oyunumuzu göstərək. İlk hissədə standart vəziyyətlərdən qollar buraxdıq. Qapımız qarşısında təhlükəli epizodlar oldu. Səhvlərimizin üzərində işləyəcəyik, çalışacağıq onlar təkrarlanmasın.
Əvəzləmədən sonra ikinci hissədə daha yaxşı oynadıq. Bu görüşdə uduza da bilərdik, qalib gələ də bilərdik. Müdafiədə boşluqlar bizi narahat edir. Futbolçulara verilən tapşırıqların yerinə yetirilməsi alınmadı. Bunu da gərginliklə bağlayardım. Həm Rasim Ramaldanov, həm də Bəhlul Mustafazadə inandığımız futbolçulardır. Futbol səhvsiz olmur. Qarşılaşmanı analiz edəcəyik, problemləri aradan qaldırmağa çalışacağıq”.