- Baxış sayı: 40
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
Türkiyə millisinin baş məşqçisi Şənol Günəş açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, yenə Avro-2020 barədə danışıb:
“Avropa çempionatına İtaliya ilə oyunla başlayacağıq. Bütün dünyanın gözü bu matçda olacaq. Avropa çempionatına gedəcəyik, amma bizim üçün yeni bir dönəm başlayır. Yeni başlanğıc olacaq. Azərbaycanda oynayacağımız üçün çox xoşbəxtəm.
Bundan yaxşısı ola bilməzdi. Demək olar ki, öz meydanımızda oynayacağıq. Amma səfər baxımından problem yaşaya bilərik. İki matç arasındakı müddəti 3 gündən 4 günə çəkməli idilər. Ən azı futbolçuların zədələnməməsi üçün”.