- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Səudiyyə Ərəbistanı tezliklə öz komandasına sahib ola bilər. Allsport.az saytı xəbər verir ki, İtaliyanın keçmiş baş naziri Matteo Renzi bu layihədə iştirak edir. O, Bəhreyn qran-prisi zamanı paddokda iştirak edib və orada vəliəhd Salmanla tanış olub. Bundan əlavə, Renzi Səudiyyə Ərəbistanını da ziyarət edib, burada da maraqlı tərəflərlə ünsiyyət qurub.
Səudiyyə Ərəbistanı avtomobil idmanı ilə yaxından maraqlanır. Ölkədə məşhur Dakar ralli-marafonu və Formula-E mərhələsi keçirilir. Bundan savayı, yeni Extreme-E seriyasının debüt yarışı keçən həftə sonu Səudiyyə Ərəbistanında baş tutub.
Formula-1 mükafat yarışı bu məmləkətdə 3-5 dekabda olacaq. Müsabiqələr ənənəvi olaraq ölkə hakimiyyətini insan haqlarını pozmaqda günahlandıran fəalların tənqidləri fonunda keçirilir.