Səudiyyəlilər Formula-1 klubu alacaqlar

Səudiyyə Ərəbistanı şahzadəsi Xalid bin Sultan Əl-Abdullah Əl-Feysəl açıqlama verib.

Allsport.az xəbər verir ki, o, ölkəsinin müstəqil fondunun Formula-1 komandalarından birini ala biləcəyini bildirib:

“Biz Formula 1-in yeni bazarlara girdiyini, bütün dünyada satışların artdığını görürük. Hansı komandanın alına biləcəyini və onu necə idarə edəcəyimizi söyləmək asan deyil. Amma bizim böyük marağımız var. Formula-1 qran prisinə ev sahibliyi edirik və sponsor kimi fəaliyyət göstəririk. Ona görə də Səudiyyə Ərəbistanından komanda ilə bağlı açıqlama görsək, təəccüblənmərəm”.

Səudiyyə Ərəbistanı qran prisi aprelin 18-dən 20-dək baş tutacaq.

Həmin kateqoriyadan

azenrutr