Adrian Mutudan etiraf: “Qarabağ”la səviyyə fərqimiz açıq aşkar hiss olunur

“Neftçi” premyer liqanın 9-cu turunda evdə “Qarabağ”a 0:2 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Adrian Mutu bunu söylədi:

“Bizim üçün çətin oyun oldu. Çox yaxşı komandaya qarşı oynadıq. Düşünürəm ki, oyunçularımız meydanda əllərindən gələni etdilər. Nə qədər də yaxşı təşkil olunsaq da, rəqibin birin-birə epizodlardan daha yaxşı istifadə edən oyunçuları varsa, hər zaman çətin olur.

“Qarabağ”ı premyer liqanın başqa komandaları ilə müqayisə edəndə, səviyyə fərqi açıq aşkar hiss olunur. Bunu tək mən demirəm. Onlar bunu hər il avroliqada sübut edirlər”.

Həmin kateqoriyadan