- Baxış sayı: 28
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

İspaniyanın paytaxtı Madriddə keçirilən “Madcup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-10 komandası turnirdə çıxışını başa vurub.
Allsport.az xəbər verir ki, Savalan Əlizadənin baş məşqçisi olduğu komanda turnirin “Bürünc liqası”nın final matçında Venesuelanın “Talentos Vinotintos” komandası ilə qarşılaşıb.
Oyun rəqibin 4:2 hesablı qələbəsi ilə nəticələnib. “Sabah”ın hər iki qolumuna Nihad Həsənov imza atıb.
Bununla da, “Sabah”ın U-10 komandası “Madcup” turnirinin “Bürünc liqası”nı ikinci pillədə başa vurub.