- Baxış sayı: 96
- 11 Fevral 2026 23:26
- Baxış sayı: 44
- Fevral 10, 2026
- 0

“Sabah” premyer liqada 50-ci ev qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XIX turuna təsadüf edib.
Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.
Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.
2018/19 mövsümündən premyer liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib – 1:0.