- Baxış sayı: 24
- 28 Noyabr 2024 12:16
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“Sabah” klubu Rusiya “Krasnodar”ının sabiq baş məşqçisi Murad Musayevlə danışıqlara başlayıb.
Allsport.az xəbər verir ki, bu barədə “report”a paytaxt təmsilçisinin idman direktoru İqor Ponomaryov məlumat verib.
61 yaşlı mütəxəssis bu post üçün bir neçə namizədlə görüşdüklərini bildirib: “Ramin Quliyevin gedişindən sonra baş məşqçi postu boşalıb. Rusiyalı Murad Musayev sadəcə, namizədlərdən biridir. Biz namizədlərlə görüşürük. Bu da normal prosesdir”.
Ponomaryov komandanın sükanı arxasına özünün keçməməsinin səbəbini də açıqlayıb: “Bu gün klubun idman direktoruyam. Mənim vəzifəm və çoxlu işim var. Hazırda biz yeni baş məşqçi axtarırıq. Onun əcnəbi və ya yerli mütəxəssis olacağını zaman göstərəcək”.
“Sabah” oktyabrın 21-də Ramin Quliyevlə yollarını ayırıb. Murad Musayev 2005-ci ildə “Krasnodar”ın akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb. Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində 2-ci dəfə Rusiya premyer liqasında bürünc medal qazanıb. Krasnodar təmsilçisi növbəti mövsüm çempionlar liqasının qrup mərhələsinə yüksəlib və Avropa liqasında 1/8 finaladək irəliləyib. 38 yaşlı mütəxəssis aprelin 3-də “Axmat”a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.