- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

“Sabah” Türkiyədəki qış təlim-məşq toplanışına start verib. Allsport.az xəbər verir ki, komanda hazırlıq çərçivəsində ilk məşqinə də çıxıb.
Hüseyn Aygün təlim-məşq bazasında baş tutan hazırlıq zamanı futbolçular məşqçilərin tapşırığı əsasında müxtəlif təmrinləri yerinə yetiriblər.
“Sabah”ın Antalya toplanışı 7-19 yanvar tarixlərini əhatə edəcək. Komanda hazırlıq çərçivəsində yanvarın 12-də Polşanın “Varta” (Poznan), yanvarın 18-də isə Serbiyanın “Voyvodina” klubları ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.