- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Allsport.az xəbər verir ki, “bayquşlar” iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək.
Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.
Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Sabah” iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) komandası ilə qarşılaşacaq.
“Sabah” Avropa liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Tsele” komandasına qarşı keçirəcəyik.