“Sabah” Madriddə finala çıxdı!

İspaniyanın paytaxtında “Madrid kuboku”nda çıxış edən “Sabah”ın U-10 komandası növbəti oyunlarını keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız qrup mərhələsində son oyununda Madrid “Atletiko”suna 2:8 məğlub olub. Bizdən Ömər Şirəliyev və Nihad Həsənov fərqləniblər.

“Sabah” U-10 qrup mərhələsini 4-cü pillədə başa vuraraq, “Bürünc liqa”da mübarizə aparmaq şansı qazanıb. 1/8 finalda Avstraliyanın “Vilyarreal” (Sidney) komandasını 4:1 hesabıyla məğlub edən Savalan Əlizadənin futbolçuları 1/4 finalda adlayıb. Qolları Əbülfəz Salahov, Həmzə Səfərli, Cavidan Ağayev və Timur Hacıyev vurublar.

İspaniyanın “Avila Atletiko” komandası ilə görüş 5:1 xeyrimizə bitib. Timur Hacıyev (2), Yusif Məmmədli, Ayxan Hüseynli və Əbəlfəzabbas Qasımlı dəqiq olublar.

Yarımfinalda İspaniyanın “Fundacion” klubunu 5:1 yenən “Sabah” finala vəsiqə qazanıb. Timur Hacıyev (2), Cavidan Ağayev, Ayxan Hüseynli və Ömər Şirəliyev fərqləniblər.

Həmin kateqoriyadan