- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Konfrans liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq.
Allsport.az xəbər verir ki, “Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyənlər saat 19:00-dan etibarən biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər. “Bank respublika arena”nın kassalarında və başqa satış məntəqələrində bilet satışlarına da qarşıdakı günlərdə başlanması nəzərdə tutulub. Biletlərin qiymətləri 2-10 manat təşkil edəcək.
Oyuna gecikən tamaşaçılar 1-ci hissə bitəndən sonra stadiona buraxılmayacaq. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq, qəti surətdə qadağandır.