“Qarabağ”la oyunda ”Sabah” böyük üstünlüyü əldən verdi

Azərbaycan premyer liqasında XXII tura yekun vurulub. Allsport.az xəbər verir ki, turun son oyununda “Qarabağ” “Sabah”la qarşılaşıb. Tofiq Bəhramov adına respublika stadionundakı görüşdə  qalib müəyyənləşməyib – 3:3.

“Bayquşlar”dan qolları Xəyal Əliyev (13), Aaron Maluda (54), Coy Lens Mikels (60), “kəhər atlar”dan isə Pedro Bikalyo (73), Kevin Medina (78) və Musa Qurbanlı (84) fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 53-ə çatdıran “Sabah” turnir cədvəlinə yenə başçılıq edir. 46 xala malik “Qarabağ” isə 2-ci pillədə qalır.

Həmin kateqoriyadan