- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin keçmiş futbolçusu Vəli Qasımov yığmanın və “Sabah”ın hücumçusu Ramil Şeydayev barədə danışıb. Allsport.az “Championat” nəşrinə istinadla xəbər verir ki, futbol mütəxəssisi 24 yaşlı futbolçunu ölkənin ən böyük ulduzu hesab etdiyini deyib:
“Şeydayevə böyük ümidlər var, amma ona təkbaşına oynamaq çətindir. Onu başa düşürəm, çünki hücumçu qol vurması üçün topla təmin edilməlidir. Özünün nə isə etməsi çətindir. Ramil pis futbolçu deyil, amma hələ istənilən kimi alınmır.
“Dinamo”da bir az oynadı, ancaq qol vurmadı və artıq oyunçu oldu. Gərək, “Sabah”a keçməzdi. Bu klub onun səviyyəsinə uyğun deyil. Çoxları deyir ki, Ramilə oyun praktikası lazımdır. Fikrimcə, o, indi üzüaşağı gedir.
Şeydayevin “Sabah”da oynamasının əleyhinəyəm. Aşağı yuvarlananda sonra qalxmaq çətindir. Hər iki tərəf inciməsin, “Sabah” Ramilin səviyyəsi deyil. Onun Rusiya karyerasının alınmaması idman bəxtsizliyi ilə bağlıdır. Qol vurmayanda lazımsız olursan. Ümid edirəm ki, onda hər şey alınacaq”.