- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

“Sabah”ın yeni baş məşqçi təyinatı gerçəkləşib. Allsport.az xəbər verir ki, rusiyalı Murad Musayev əsas komandanın baş məşqçisi təyin edilib. 37 yaşlı mütəxəssislə 2-illik müqavilə bağlanıb. O, komandada işinə gələn həftə başlayacaq.
Murad Musayev 2005-ci ildə Rusiya “Krasnodar”ının akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb.
Komanda 2018/2019 mövsümündə onun rəhbərliyi ilə tarixində 2-ci dəfə Rusiya premyer liqasında bürünc medal qazanıb. Krasnodar təmsilçisi növbəti mövsüm çempionlar liqasının qrup mərhələsinə yüksəlib və Avropa liqasında 1/8 finaladək irəliləyib. 38 yaşlı mütəxəssis aprelin 3-də “Əhməd”ə 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.