- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Qəbələ” 9-cu turun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, oktyabrın 27-də keçirilən “Sumqayıt”la səfər matçının ertəsi Bakıda bərpaedici məşq keçib, ardınca birgünlük istirahətə buraxılan komanda paytaxtda bir araya gəlib.
“Qırmızı-qaralar” bu gün baş tutan səhər məşqi ilə “Sabah”la qarşılaşmanın hazırlığına başlayıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq prosesi “Bakı” FK-nın təlim-məşq bazasında gerçəkləşib. Futbolçular əvvəl fiziki təmrinlər yerinə yetirib, ardınca meydançada toplu çalışmalar icra olunub.
Bir məşqlə paytaxt hazırlığını yekunlaşdıran “qırmızı-qaralar” sabah Qəbələyə yollanacaq. Günün ilk yarısında Bakını tərk edəcək komanda hazırlıqlarını şəhər stadionunda davam etdirəcək.
Xatırladaq ki, noyabrın 4-də keçiriləcək matç saat 17:00-da başlayacaq.