- Baxış sayı: 7
- 27 Noyabr 2024 14:26
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Sabah” klubu qış fasiləsində heyətini daha 4 futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, son klubu “Xəzər” olan Əmrah Əliyev cari mövsümün sonuna kimi “Sabah”ın şərəfini qoruyacaq. Müdafiəçi “Neftçi” və AzAL klublarında da forma geyinib.
Yarımmüdafiəçi Emin Mehdiyev isə mövsümün sonuna kimi icarə əsasında “Sabah”da çıxış edəcək. Müqavilə ilə “Səbail”ə məxsus olan, vaxitlə U-21 millimizə də dəvət alan futbolçu “Neftçi”, “Sumqayıt” və “Zaqatala” klublarında çıxış edib.
Cari mövsümün ilk yarısını “Qaradağ Lökbatan” klubunda çıxış edən Emin Mirzəliyev də “Sabah”la mövsümün sonuna kimi müqavilə imzalayıb. Dayaq yarımmüdafiəçisi əvvəllər “Turan” və “Neftçala”da da oynayıb.
“Sabah”ın heyətinə qatdığı daha bir futbolçu isə iranlı hücumçu Şahin Baleljaeedir. O, “Malavan” (İran), “Persepolis” (İran), “Şuşa”, “Şəmkir”, “İnter” (hazırki “Keşlə”) və “Xəzər” komandalarının şərəfini qoruyub.