- Baxış sayı: 41
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 134
- Fevral 06, 2026
- 0

Ölkə kubokunun 1/8 finalında”Kəpəz”ə qarşı oyun (3:0) “Sabah”ın futbolçusu Kamran Quliyev üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, əsas komandada ilk oyununu keçirən 21 yaşlı futbolçu debütünü qolla qeyd edib.
Matçın 80-ci dəqiqəsində Coy-Lens Mikelsin əvəzinə meydana daxil olan Kamran, oyuna əlavə edilmiş 2-ci dəqiqədə fərqlənərək görüşdə son nöqtəni qoyub (3:0).
Qeyd edək ki, cari mövsümdə “Sabah-2″nin heyətində 6 qola imza atan Quliyev, I Divizionun bombardirlər siyahısında 2-ci sırada yer alıb.