- Baxış sayı: 31
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 22-ci turu “Sabah” üçün yubiley və rekordlarla əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Zirə” ilə ev oyununda 3:1 hesabı ilə qalib gələn “ağ-göylər”, öz meydanında 50-ci qolunu vurub. Yubiley qolunun müəllifi Lukas Rangel vurub. Paytaxt təmsilçisi daha iki topla bu rəqəmi 52-yə çatdırıb.
“Sabah”ın ikinci qolunun müəllifi Coy-Lens Mikels mövsümdə 9-cu qolunu vurub. O, klub tarixinə bir mövsümdə ən çox qol vuran futbolçu kimi düşüb. Mikels 2018/19 mövsümündə 8 dəfə fərqlənən Marko Deviçi arxada qoyub.
“Sabah” premyer liqada bir mövsümə topladığı xal sayında da yeni rekord vurub. Ötən mövsümdə 29 xal yığan bakılıların aktivində artıq 32 xal var.