- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Sabah” ilk dəfə premyer liqada səfərdə böyük hesablı qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, Bakı klubu 14-cü turda “Səbail”ə 3:0 qalib gəlib.
2018-ci ildə güclülər dəstəsində debüt edən “göy-ağlar” bunadək yalnız evdə böyük hesabla qələbə qazanmışdı. “Sabah” 46-cı səfər matçında ilk belə uğura yetişib.
Bu, bakılıların premyer liqada ümumilikdə 4-cü, mövsümdə 2-ci belə qələbəsidir.