- Baxış sayı: 31
- 10 Mart 2026 13:24
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Allsport.az xəbər verir ki, Bakı təmsilçisi Qətərin yüksək liqasında çıxış edən “Əl Sədd” klubu ilə qarşılaşıb. “Kematen” stadionunda keçirilən görüş 3:1 hesabı ilə paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Komanda Avstriya yoxlanışı çərçivəsində ilk yoxlama oyunundan üstün ayrılıb.
Qolları “Sabah”dan Namik Ələskərov (4-cü dəqiqə), Con İrasabal (30-cu dəqiqə) və Emmanuel Apeh (63-cü dəqiqə) vurub. “Əl Sədd”dən yalnız Afram Afif 62-ci dəqiqədə penaltidən fərqlənə bilib.