- Baxış sayı: 18
- 25 Noyabr 2024 14:15
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Sabah”ın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”nın ətrafında yaşayan sahibsiz itlər üçün stadionun ərazisində evciklər quraşdırılıb.
Allsport.az xəbər verir ki, klubun sponsoru “Bakupan” tərəfindən hazırlanan evciklər, sahibsiz itlərin yağmurlu, soyuq hava şəraiti zamanı sığınmaları üçün nəzərdə tutulub. Tullantıların təkrar emalı üsulu və sendviç paneldən hazırlanmış bu yuvalar, ənənəvi evciklərdən yüksək termal izolyasiyaya malik olması xüsusiyyətinə görə fərqlənir.
Masazır təmsilçisinin həkimi Rəhim Məhərrəmov stadionun ərazisindəki sahibsiz itlərə daim qayğı göstərir, onların istər peyvənd, istərsə də qidalanmasına mütəmadi olaraq nəzarət edir. Onun bu təşəbbüsünə klubun futbolçuları və digər əməkdaşları da dəstək verirlər.
Qeyd edək ki, gələcəkdə bu layihənin genişləndirilməsi və Masazır qəsəbəsinin fərqli yerlərində də bu cür evciklərin quraşdırılması nəzərdə tutulub.