- Baxış sayı: 31
- 30 Mart 2026 21:25
- Baxış sayı: 141
- Mart 30, 2026
- 0

Növbəti mövsümə hazırlığı Türkiyənin Bolu şəhərində davam etdirən “Sabah” daha bir yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın debütantı yerli “Sancaqtəpə Bələdiyyəspor” klubu ilə qarşılaşıb.
“Vonresort” mehmanxanasının meydançasında təşkil edilən görüşdə qalib müəyyənləşməyib. İlk hissə rəqibin 2:0 hesablı üstünlüyü ilə bitib. Bizimkilər növbəti yarıda fərqləniblər.
Oyun 2:2 yekunlaşıb. “Sabah”dan Elşən Abdullayev və Elgün Nəbiyev qol vurublar. Paytaxt klubu Türkiyə toplanışı çərçivəsində “Girəsunspor” və “Osmanlıspor”la oyunlarda 1:1 sülh bağlayıb.