- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqasının 17-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Kəpəz” – “Sabah” oyununda qonaqların 29 nömrəli oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunub. O, ümumilikdə 4 oyun olmaqla, 2 oyun şərti və 2 oyun cəzalandırılıb, klub 3200 manat cərimə edilib.
“Sabah”ın qapıçılar üzrə məşqçisi Vitaliy Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 800 manat cərimələnib.
“Turan Tovuz” – “Neftçi” oyununda “ağ-qaralar”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat ziyana düşüb.