- Baxış sayı: 10
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

“Sabah” premyer liqanın 22-ci turunda səfərdə “Qarabağ” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaqların baş məşqçi Murad Musayev hakimlikdən gileylənib:
“Maraqlı oyun oldu. Hər 2 komandanın uğurlu epizodları var idi. Qol fürsətləri oldu. Güzəştsiz mübarizə getdi. Çətin oyun alındı.
Bir epizodda bizim top qapı tirinə tuş gəldi, digərində isə hakim 200 faizlik penaltimizi vermədi. Buna baxmayaraq, özümüzdə güc tapdıq və hesabı bərabərləşdirdik. Belə oyunlar bizim üçün çox vacibdir”.