“”Sabah”ın daha yorğun görünməyi hiss olunurdu“

Allsport.az xəbər verir ki, ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Sabah” “Qarabağ” matçından (1:7) sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

“Oyunun sonuna qədər dinamikanı qoruyub saxladıqları üçün futbolçularıma təşəkkür edirəm. Qarşımızda çox istəkli komanda olsa da, yaxşı oyun nizam-intizamı var idi. Bugünkü matçda bizim üstünlüyümüz bəlkə də etdiyimiz rotasiyalarda idi. Komandamız əvvəlki görüşümüzdən sonrakı üçüncü gündə meydana çıxmışdı. Qəbələdə “Kəpəz”ə qarşı matçda rotasiyalar etmişdik.

Bu gün hazır futbolçularımızın sayı rəqiblə müqayisədə daha çox idi. “Sabah”ın daha yorğun görünməyi hiss olunurdu. Bu komanda məğlub olmağı sevmir. Hətta 4-5 qol buraxandan sonra da qapımızda epizodlar yaratdılar, geri oturmadılar, üzərimizə gəldilər. Bu da komandanın cəsarətindən irəli gəlir. Futbolçularımı təbrik edirəm”.

Həmin kateqoriyadan