- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

“Sabah”ın üzvləri Həmzəalı Mikayılov və Xəyal Əliyev “Dinamo” futbol akademiyasında məşqlərini davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, hər 2 futbolçu Zaqreb klubunun aşağı yaş qruplarının heyətində yoxlama oyununda meydana çıxıblar.
Adı ilk çəkilən təmsilçimiz U-17-də HASK klubunun U-19-na qarşı (10:0), digəri U-18-də “Kustoşiya”nın U-19 ilə (4:0) matçlarda fürsət qazanıblar. Xəyal bu görüşdə 3 məhsuldar ötürmə edib.