- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Sabah” premyer liqada ardıcıl ikinci qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, 8-ci turda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən Bakı təmsilçisi 9-cu turda “Qəbələ”ni üstələyib – 3:1. Bu, klub tarixində 5-ci belə seriyadır. Bunadək “Sabah” 4 dəfə ardıcıl 2 qələbə qazanmağı bacarıb.
Lakin əvvəlki seriyalardan yalnız birində – 2020-ci ilin sentyabrında 2 matçın top fərqi indiki kimi 5-ə bərabər olub. Həmin vaxt “Qəbələ”ni 3:0, “Zirə”ni 2:0 hesabı ilə yenən paytaxt təmsilçisi rekord seriyasını bu dəfə təkrarlayıb.
Bakılılar premyer liqada ilk dəfə ardıcıl 2 görüşdə 3 qol vurub. Tarixində cəmi 7 matçda ikidən artıq top vuran komanda bunadək heç vaxt ardıcıl məhsuldar qarşılaşma keçirməmişdi.