- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Premyer liqada ili başa vuran “Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” “Sabah”la ilk oyuna Bakıda hazırlaşır. 14-cü turun “Səbail”lə dekabrın 9-da keçirilən səfər matçından (0:0) sonra paytaxtda qalan komanda məşqlərini ara verir.
Dünən bərpa edici hazırlıq keçən futbolçular bu gün meydanda məşq edib. Baş məşqçi Sənan Qurbanovun yetirmələri “Bakı” klubunun bazasında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.
1/4 finalda oyun Qəbələ şəhər stadionunda dekabrın 16-da saat 14:00-da başlayacaq.